Menu

"Bank Melli İran-Baku"nun 3 bağlanmış bankda 12 mln. manatdan çox depoziti qalıb

07.03.2018, 12:40
"Bank Melli İran-Baku"nun 3 bağlanmış bankda 12 mln. manatdan çox depoziti qalıb

"Bank Melli İran-Baku" 2017-ci ilin yekununda Azərbaycanın bağlanmış banklarda yerləşdirdiyi depozitlərinin məbləğini açıqlayıb.

Bu barədə "Report" İran bankının Bakı filialının auidit hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu ilin əvvəlinə maliyyə qurumunun faizlərlə birlikdə ləğv prosesində olan "Texnikabank" ASC-də 6 067 778 manat, "Atrabank" ASC-də 2 009 000 manat, "Royal Bank" ASC-də isə 3 999 288 manat, yəni ümumilikdə 12 076 066 manat depoziti olub.

Bunlardan yalnız "Royal Bank"dakı depozit 4,3 mln. manat məbləğində girovla təmin olunub.

Ötən il "Bank Melli İran-Baku" heç bir yerli bankda depozit yerləşdirməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol