Menu

Bakıda Azərbaycan, İran, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

07.03.2018, 14:36
Bakıda Azərbaycan, İran, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

Mart ayının ortalarında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri gözlənilir.

Bu barədə Trend-ə məlumatlı mənbə bildirib.

Nazir Azərbaycan, İran, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin dördtərəfli görüşündə iştirak etmək məqsədilə Bakıya gələcək.

Məlumata görə, səfər 14-15 mart tarixlərində planlaşdırılır.

Qeyd edək ki, M.C.Zərif azərbaycanlı və türkiyəli həmkarları ilə birgə 2017-ci ilin dekabrında Bakıda üçtərəfli iclasda iştirak etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol