Bu gün aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı daha 3 namizəd qeydə alınıb.
APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında prezidentliyə öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb.
MSK onların hər üçünün namizədliyini qeydə alıb.
Qeyd edək ki, bundan əvvəl MSK Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyini qeydə alıb.
Xatırladaq ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.


Şərhlər
Men ya Zahid amcaya ya da Araz amcaya oy verecem.
5 MİLYON SECİCİYƏ MƏNCƏ 15 NAMİZƏD AZ DƏYİL Kİ? BƏLKƏ BİR AZDA ARTİRASİZ MƏZAHİR MUƏLLİM. AXİ SİZ BİNİ BACARİRSİZ. YOXSA BİZƏ BEYNƏLXALQ ALƏM GULMƏZ Kİ?...
Mən büç adama səs vermiyəcəm.Ancaq M.Pənahova sual verəcəm....Çünki,İ.Əliyevdən özgə namizədlərə hamısına birlikdə 400 adam səs verə bilməz.
Seçkini məzhəkəyə çevirməyin.Bunlardan prezident olar ?