Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarovanın ölüm xəbəri yayılıb. Məlumatı dəqiqləşdirmək üçün Lent.az-ın əməkdaşı aktrisa ilə əlaqə saxlayıb.
Dəstəyi X.Qafarovanın bacısı oğlu götürərək xəbərə bu cür şərh verib: “Səhhəti çox ağırdır. Sabaha sağ çıxsa, böyük işdir. Biz Allaha dua edirik. Dua edirik ki, yaxşı olsun, İsrailə göndərək. Amma hələ ki, vəziyyəti ürək açan deyil”.
Qeyd edək ki, X. Qafarovanın İsraildəki müalicəsini Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva öz üzərinə götürüb. Onu da əlavə edək ki, həkimlər aktrisanın vəziyyətinin yaxşılaşmasını gözləyir. Əgər yaxşılaşsa, İsrailə göndəriləcək.
Xanım Qafarovanın bacısı Publika.az-a bildirdi ki, artıq hər şey bitib, həyatla vidalaşır: "Onu həyata qaytarmaq mümkün olmadı. Həkimlər son qərarını verdi. İsrailə getmək də qismət olmadı. Başına yığışmışıq, son dəqiqələrini yaşayır".
--------------
Uzun zamandır ki, xəstə yatan əməkdar artist Xanım Qafarovanın ölüm xəbəri yayılıb.
Publika.az-a daxil olan xəbərə görə, onun səhər tezdən rəhmətə getdiyi bildirilir.
Amma bütün cəhdlərimizə rəğmən, xəbəri təsdiq etmək üçün əlaqə saxladığımız nömərələrin heç biri cavab vermir.


Şərhlər