Menu

Kseniya Sobçak Krıma getmək istəyir! - Ukraynanın rəsmi icazəsilə...

08.03.2018, 00:10
Kseniya Sobçak Krıma getmək istəyir!  - Ukraynanın rəsmi icazəsilə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyası (RF) prezidentliyinə namizəd Kseniya Sobçak özünün seçkiqabağı kampaniyası çərçivəsində Krıma getmək istəyir, amma bunu Ukraynanın rəsmi icazəsi ilə etmək niyyətindədir. Namizəd bu barədə «Exo Moskvı» radiosunun efirindən bəyan edib.

Ukraynanın xarici işlər naziri Pavel Klimkin Rusiya prezidentliyə namizəd Kseniya Sobçakın Ukrayna ərazisindən Krıma getmək barədə xahişindən təəccüb keçirib.

«Ukrayna qanunvericiliyinə əməl etmək - əlbəttə bu, pozitivdir. Amma işğal olunmuş ərazidə qeyri-legitim kampaniyanın aparılması üçün qanuni giriş - bu, dəqiq şizofreniyadır - əlbəttə ki, siyasi şizofreniya» - deyə, nazir özünün «Tfitter»ində yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol