Menu

Bakı bulvarında dəhşətli hadisə...

11.07.2014, 10:54
Bakı bulvarında dəhşətli hadisə...

Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər kişi dənizə düşməsi barədə məlumat daxil olub

Fövqəladə Hallar Nazirliyi Bakı bulvarında baş verən ölümlə bağl məlumat yayıb. ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər kişi dənizə düşməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər dənizdən kişi meyidi çıxarıb.

Araşdırmalar zamanı məlum olub ki, ölən şəxs 1992-ci il təvəllüdlü Xəyal Namiq oğlu Cahangirovdur. Onun cəsədi xilasetmə məntəqəsindən 200 metr aralıda, nəzarətsiz ərazidə tapılaraq sudan çıxarılıb.

Əməliyyat saat 06:09-da başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol