Menu

“WhatsApp” və “Instagram” oğurluqda ittiham edilir - Məhkəməyə verildilər

08.03.2018, 00:00
“WhatsApp” və “Instagram” oğurluqda ittiham edilir - Məhkəməyə verildilər

Kanadanın “BlackBerry” şirkəti “WhatsApp” və “Instagram”ı məhkəməyə verib.

“Qafqazinfo” NTV-yə istinadla xəbər verir ki, şirkət bu iki sosial platformanın “BlackBerry” messencerindəki xüsusiyyətləri oğurladığını iddia edir.

Məsələ ilə bağlı hər iki sosial şəbəkənin daxil olduğu “Facebook” şirkətindən hələlik açıqlama verilməyib.

Qeyd edək ki, bir müddət öncə "”WhatsApp”ın “BlackBerry” telefonlarındakı fəaliyyəti dayandırılıb. Hazırda iki şirkət arasında “virtual müharibə” davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol