«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası (ÇXR) xarici işlər nazirinin müavini Van İ bəyan edib ki, ÇXR ilə ABŞ arasında sağlam rəqabət yaşana bilər.
«Əgər ABŞ və ÇXR arasında əməkdaşlıqdan danışsaq, o zaman arada sağlam və pozitiv rəqabət olmalıdır. Bu, beynəlxalq səhnədə adi haldır. Başqa sözlə, Çin və ABŞ rəqib ola bilərlər, amma mütləq düşmən olmadan - onlar əməkdaşlıq üzrə həmkar olmağa can atmalıdırlar» - deyə, Van İ illik mətbuat konfransında bəyan edib.
Diplomat onu da əlavə edib ki, bəzilərinin düşündüyü kimi ÇİN, beynəlxalq səhnədə ABŞ-ı əvəz etməyə hazırlaşmır.
«Bəzi amerikalılar Çinə strateji rəqib kimi baxırlar və hesab edirlər ki, Çin beynəlxalq səhnədə ABŞ-ı əvəz edəcək. Belə strateji düşüncə doğru deyil» - Van İ bəyan edib.
Çinli diplomat qeyd edib ki, Çin nə qədər çox işkinaf etsə, onun digər ölkələrin inişafına verdiyi tövhə də çox olar. «Çin, modernləşmə yolundadır. Çinin beynəlxalq aləmdə ABŞ-ı əvəz etməyi arzulamaq ehtiyacı yoxdur» - deyə, Çinli diplomat əlavə edib.


Şərhlər