Menu

Ermənilər əsir götürüldüyü iddia edilən azərbaycanlının fotosunu yaydılar

11.07.2014, 12:14
Ermənilər əsir götürüldüyü iddia edilən azərbaycanlının fotosunu yaydılar

Cəbhə xəttində bir azərbaycanlının Ermənistan tərəfə əsir düşdüyü deyilir.

ANS PRESS-in məlumatına görə, bunu erməni mətbuatı iddia edir. Ermənistan mətbuatı əsir düşən şəxsin 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlu olduğunu yazır. Artıq erməni mətbuatı əsirin fotosunu da yayıb.

Erməni tərəfi iddia edir ki, Şahbaz Quliyevin Dağlıq Qarabağa keçən Azərbaycan kəşfiyyat-diversiya qrupunun üzvüdür.

Azərbaycan Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni mətbuatının iddiası araşdırılır. Yaxın dəqiqələrdə bununla bağlı açıqlama veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol