Menu

Tramp Şimali Koreya lideri ilə görüşə razılıq verib

09.03.2018, 08:59
Tramp Şimali Koreya lideri ilə görüşə razılıq verib

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla may ayınadək görüşün keçirilməsinə razılıq verib. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya prezidentinin müşaviri Çon In Yön bildirib.

"Prezident Kim Çen Inla may ayınadək görüşə razılıq verib", - deyə Çon In Yön bildirib.

"KXDR vədlərini konkret işlərlə həyata keçirməyincə təzyiq davam etdiriləcək", - deyə o əlavə edib.

Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidentini görüşə dəvət edib.

CNN telekanalı bildirib ki, Vaşinqtonda səfərdə olan Cənubi Koreya nümayəndə heyəti Kim Çen Inın görüşün keçirilməsinə dair məktubunu Donald Trampa təqdim edib.

Şərhlər

Abit 2018-03-09 08:59:46

Bunlar görüşüb razılıq elde olunsa şimal qonşumuz batdı ve şimal yapışacaq Türkiye,İran ve Çinden.Yeqin ki,yaxın vaxtlarda ABŞ Çinide öz terefine çekecek.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol