Menu

"Humanistlik edin, vaxt verin" - MTN polkovniki məhkəmədə

09.03.2018, 12:58
"Humanistlik edin, vaxt verin" - MTN polkovniki məhkəmədə

Dələduzluqda təqsirləndirilən sabiq MTN polkovniki Vüqar Güləli və onunla ittiham olunan Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov, Nicat Əliyevin cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər.

Sabiq MTN polkovniki Vüqar Guləli yenidən məhkəmədən vaxt istəyib. O, vəkilləri ilə məsləhətləşmək istədiyini bildirib.

Hakim bildirib ki, təqsirləndirilən şəxsə yetərincə vaxt verilib.

Vüqar Güləli yenidən hakimdən xahiş edib: "Humanistlik edin, bir həftə də vaxt verin. Zərərçəkənlərə dəymiş ziyanı ödəyim".

Zərərçəkənlər isə buna etiraz edib: "5 ildir bizi fırladır, indi bir həftəyə verən deyil. Kişi kimi söz versin, əgər ödəməsə, biz burda yaxşı sözlər deyəcəm".

Proses martın 16-da davam edəcək.

Qeyd edək ki, C.İbayev, V.Əsədov, V.Güləli, A.İsmayılov və N.Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib.

Belə ki, həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, təqsirləndirilən şəxslər digər vətəndaşlara da qarşı dələduzluq ediblər. C.İbayev, V.Əsədov, V.Güləli və N.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

V.Əsədov, A.İsmayılov və C.İbayev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, V.Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub. O, Laçın rayon şöbəsinin rəisi olub. V.Əsədov isə

Pentensiar Xidmətini sabiq əməkdaşı vəzifsində çalışıb.

Şərhlər

t.ədalət 2018-03-09 12:58:43

Günahsız adamları şər-şəbədə ilə həbsə atanlar nə vaxtdır ki,əsil caniləri,analoqu olmayan cinayətkarları həbs edə bilmir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol