Menu

Azərbaycandan Həccə gedəcək zəvvarlar ödənişi hissə-hissə edə bilərlər

09.03.2018, 14:25
Azərbaycandan Həccə gedəcək zəvvarlar ödənişi hissə-hissə edə bilərlər

Azərbaycandan bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlara ödənişin ödənmə qaydasında güzəştlər edilir.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, zəvvarlar ziyarətə görə ödənişi hissə-hissə edə biləcəklər.

Ödənişin son tarixi 1 may 2018-ci ildir.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır.

Azərbaycana bu il Həcc ziyarəti üçün 2000 kvota ayrılıb, sənəd qəbulu artıq başlayıb.

Azərbaycandan Həcc ziyarətini yalnız QMİ həyata keçirir.

Şərhlər

Fəradi 2018-03-09 14:25:22

Mənim bldiyimə görə insanın var-dövləti elə bir səviyyəyə gəlib çatmalıdır ki onun boynununa Hacc ziyarəti düşsün. Yoxsa borcla , hissə-hissə verməklə sonra da yəqin ipoteyka ilə Hacc ziyarətinə getmək olacaq? Bu il Həcc ziyarəti üçün 2000 kvota ayrılıbsa, deməli mütləq 2000 adam Həcc ziyarətinə getməlidir? Xahiş edirəm ilahiyyətçilər münasibət bildirsinlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol