Tanınmış teleaparıcı Ülvira Qarayeva yeni televiziya açır.
Modern.az-ın məlumatına görə, yeni açılacaq televiziya siyasətdən uzaq olacaq. Əsasən mədəniyyət kanalı kimi fəaliyyət göstərəcək.
Əldə etdiyimiz digər məlumata görə, artıq yeni kanalda çalışmaq üçün işçi heyəti də müəyyənləşib. Televiziyanın yaxın vaxtlarda fəaliyyətə başlayacağı söylənilir.
Məsələ ilə bağlı tanınmış aparıcı ilə əlaqə saxladıq, bu barədə danışmaq istəmədiyini deyib:
“Bu barədə heç nə danışmaq istəmirəm”.
Qeyd edək ki, Ülvira Qarayeva uzun müddət fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunda çalışıb. Axırıncı iş yeri isə ARB-də olub.


Şərhlər
Telekanalların sayı külqabılar kimi artır.Amma heç birində fərqli üsluba,yaxud da yaradıcılıq uğuruna rast gəlinmir.İndi adamları informasiya "oyunları" və dəllallıq üsulları ilə aldatmaq olmur.Əyləncəyə qalanda,həyatımız özü əyləncəyə çevrilib,qaşını və bığını qırxaraq,üzünü kremlərlə yağlayan gədələrin verlişindən insanlar iyrənib.İndi informasiyanın ən münasib ünvanı saytlardır.Telekanallardan fərqli olaraq saytlar məlumatları tez-tez təzələyirlər.