Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul olunandan sonra, hər gün yerli KİV-dən ən müxtəlif kateqoriyadan olan insanların əmək haqqının artırılması, qaçqınlara «dövlət dəstəyi»nin məbləğinin, pensiyaların, müavinətlərin artırılması və s. barədə oxuyuruq - ürəyimiz dağa dönür, artımın « topdansatış həcmi»nin böyüklüyünün doğurduğu sevincdən az qalır ki, ağzımız əyilsin! Bəs necə, birdən-birə oooooon faiz - zarafat deyil...
Digər tərəfdən, bu xəbərləri oxuduqca, sevindikcə və sevincdən ağzımız əyildikcə, «artıma məruz qalmış» ünvanlar arasında özümüzü tapmadıqca, fikir dəryasına baş vururuq - «artıq bizi gerçəkdənmi dəfn ediblər?» - sulına cavab axtaırıq...
Və gözlərimiz qarşısında qabaritləri 10 metrdən böyük olan iri bir sual boy verir - kimləri jurnalist adlandırmaq olar və ya jurnalist hansı keyfiyyətlərə malik olmalıdır? Özgə vaxtı ağzıgöyçəklər deyirlər ki, jurnalist mütləq vətənpərvər olmalıdır, onun istedadlı baş, iti qələmi... olmalıdır, jurnalist qərəzsiz və obyektiv yazmalı, tamahını boğmalıdır və s. Düşünürəm - görəsən, biz bu keyfiyyətlərdən məhrumuq ki, adımız «artıma məruz qalmışlar» siyahısında yoxdur?
Azərbaycan mətbuatında uzun illərdən bəri çalışan, əli təmiz, qələmi təmiz və ən əsası, ürəyi-qəlbi təmiz, qəlbi vətənlə döyünən bir çox yazara baxıram və görürüm ki, onların əksəriyyəti bu keyfiyyətlərdən xali deyil. Belədə, yenə sual: Bəs, onlar nə üçün «dövlət dəstəyi»ndən kənarda qalırlar? Yox, yox, bu paxıllıqdan kənar bir məqamdır - «dəstəyə məruz qoyulmuşlar»a uğurlar arzulayırıq! Amma belə yanaşma istər-istəməz, təəssüf doğurmaya bilmir...
Açıq-aydın görünür ki, gözəgörünməz bir əl Azərbaycan jurnalistlərini bölür - «yaxşı» və «pis» jurnalistə və həm də bu bölgüdə işgüzar-peşəkar-əxlaqi qabiliyyət amilləri ən axırıncı plana keçirilir. Buna çoxsaylı-müqayisəli misallar gətirmək olar...
Odur ki, yuxarıda sadaladığım keyfiyyətlərə malik jurnalistlərin acınacaqlı maddi durumunu göz önünə gətirərkən, yenə iri bir sual işarəsi ilə qarşılaşırıq: Görəsən, nəyimiz əskik gəlir ki, bizləri «dəstəkdən kənarda» saxlayırlar? Bəlkə, jurnalistin arxasında lafet olmalıymış, biz bilməmişik?!
Bütün bunları düşündükcə, Azərbaycanın məşhur «O, olmasın - bu olsun» operettasındakı hambal yada düşür - Məşibad sağa-sola pul paylayır, amma zavallı hambalın bir abbası zəhmət haqqını vermir!
Odur ki, sözgəlişi deyirəm: Bəs, bizim bir abbasımız necə oldu, ay hökumət? Yoxsa istəyirsən ki, biz də arxamızca bir «lafet» sürüyək?...


Şərhlər
Prezident pensiyası alanların pensiyası 12 faizə yaxın artırılıb 1450 manat təyin olundu.Sıravi pensionerlərin pensiyası isə cəmi 5.7 faiz artırıldı.
Elə gün olmur ki, maşların-təqaüdlərin artırılması barədə oumayım.Nəticədə mənim təqaüdüm beş ildir beş qəpik artmır.NİYƏ.
Mirzə müəllim, neçə müddətdir "kulinariya (Z.H.) işçilərinin maaşlarının qaldırılması haqqında adbaad siyahı" imitasiyadan başqa bir şey deyildir. Bu imitasiyanın nəticəsində artıq qiymətlər yavaş-yavaş kəllə-çarxa çıxırlar.
’Yaxshi’ zurnalistler dovletin butun qaygilari ile ehate olunublar.Onlara ev, maddi yardimlar, hara da gedirler temteraqli qarshilamalar ve cib xerclikleri. Sizin kimi, ’pis’,yani, musteqil jurnalistler - siz hech kimin vecine deyilsiniz. Toy mugennileri de 10 faiz davasi etseler , hech teecublenmerem
Ay Mirzə müəllim Sizdə "klan" zyalısı(yazarı) olsaydınız, olardınız Rüstəm bəy.Allar rəhmət etsin o başıpapaqlı Cavidə,A.İldırıma,Müşviqə və s. Ot kökü üstə bitər.
Çox haklısınız MİRZƏ!
O MƏMLƏKƏTDƏ Kİ, DƏYƏRLƏRİN YERİNİ qiymətlər TUTAR, ORADA SATILMAYAN HEÇNƏ YOXDUR!!!!
Əlinizə və qələminizə sağliq. O-ları bir az da uzatsaniz bizlərə də növbə catar....
Jurnalistika son vaxtlar yerində sayır.Yazıların qayəsi "sizin it bizim baltanı aparıb"dan uzaqlaşa bilmir.Milli dəyərlər uğrunda çırpıntılardan çox,şəxsi mənfəət üçün yaltaqlanma gündəmi zəbt edib.Milli tariximizə aid araşdırmaçı jurnalistləri çıxsaq,bolşevik məfkurəsindən aralana bilməyən yazarları görürük.İndi nazirlərin katibələri də jurnalist hesab olunurlar.Mənzil bölgüsündə bunun şahidi olduq.Jurnalistikada dərs deyən müəllimlər,əsasən, kommunist ideologiyası əsasında müdafiə edənlərdir.