Menu

Goranboy polisi Müsavat sədrinin həbs səbəbini açıqladı

11.07.2014, 13:05
Goranboy polisi Müsavat sədrinin həbs səbəbini açıqladı

“Yusif Namazoğlu həbs olunmayıb, sadəcə, polislərə müqavimət göstərdiyinə görə Ağcakənd polis sahəsinə gətirilib”.

Bu barədə Axar.az-a Goranboy Rayonu Ağcakənd polis sahəsindən məlumat verilib.

İdarədən hazırda sədrin Ağcakənd polis sahəsində olduğu bildirilib:

“Onun qohumunun avtomibili saxlanılıb. Bu zaman qohumunun yanında əyləşən Yusif Namazoğlu polislərə müqavimət göstərib. Bundan sonra əməliyyat qrupuna məlumat verilib və dərhal həmin şəxs idarəyə gətirilib. Hazırda sahə rəisinin otağındadır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol