"Başda bütün kürd siyasi təşkilatları və xalqımız olmaq üzrə 2013-cü ilin Novruzunda başladığımız prosesin arxasında qoyduğumuz iradə güclənərək davam edib"
İmralıda həbsdə olan PKK lideri Abdullah Öcalan ilə görüşən həbsxana heyəti və dövlət tərəfindən təyin olunmuş heyət görüşdən sonra açıqlama verərək, Öcalanın dediklərini bölüşüblər.
Etatist.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkirdən seçilən millət vəkili Leyla Zana və HDP-li İstanbuldan seçilən millət vəkili Sırrı Sürəyya Öndər, görüşün təxminən 3-4 saat davam etdiyini bildiriblər: "Öcalan əvvəlcə müzakirə çərçivəsi qanununa dəstək verdiyini bildirərək, reallaşmasını təmin edən bütün partiya, təşkilat və şəxslərə təşəkkür edir. O, bunun sülhün təmin edilməsi prosesində müsbət bir başlanğıc olacağını bildirib".
"Başda bütün kürd siyasi təşkilatları və xalqımız olmaq üzrə 2013-cü ilin Novruzunda başladığımız prosesin arxasında qoyduğumuz iradə güclənərək davam edib"- deyə Öcalan onunla görüşənlərlə göndərdiyi mesajında bildirib.
Öcalan, bundan sonrakı müddətdə tərəflərin prosesin ruhuna zərər verəcək tutum və addımlardan qaçmaları lazım olduğunu vurğulayıb, xüsusilə hökumət və parlamentin zaman keçirmədən lazımlı komissiyaları və monitorinq qrupları başda olmaqla digər strukturların yaradılmasının vacibliyini bildirib. Bu tutumun təzyiq və təxribat cəhdlərini boşa çıxaracağının əhəmiyyətli zəmanəti olacağını qeyd edək Öcalan "Sonunda qazanan bütün xalqlar olacaq"- deyə bildirib.
Qeyd edək ki, PKK terror təşkilatının lideri Abdullah Öcalanla danışıqlara gedilməsi birbaşa Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın göstərişidir. Bundan başqa Öcalanın bəhs etdiyi müzakirə çərçivəsi qanunu AKP-nin təklifi ilə irəli sürülüb və qəbul edilib. Öclanın təşəkkür etdiyi partiyalar və şəxslər arasında BDP, HDP olmaqla yanaşı həm də hakim Ədalət və İnkişaf Partiyası və Ərdoğan var.
Sonda Öcalan İŞİD hücumu altında olan xalqlara salamlarını çatdırıb.


Şərhlər