Menu

Saakaşvilinin tərəfdarları Avakovun evi qarşısında piket keçiriblər - İstefası tələb olunur

11.03.2018, 21:33
Saakaşvilinin tərəfdarları Avakovun evi qarşısında piket keçiriblər - İstefası tələb olunur

«AzPolitika.info»-nun Ukrayna KİV-ə istinadla verdiyi xəbərə görə, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin tərəfdarları istefa tələbi ilə Ukraynanın daxili işlər naziri Arsen Apakovun evi qarşısında piket keçiriblər.

«Bu gün biz, ictimai fəallarla birlikdə, Avakovun evi qarşısında onun istefasını tələb etdik. Biz, ona və bütün hakimiyyət bandasına qarət etdiklərini sakitcə yeməyə imkan veiməyəcəyik» - deyə, partiyanın «Feysbuk» səhifəsində yazıblar.

Partiya hesab edir ki, Avakov həm də ötən istirahət günlərində Rada binasının yanındakı çadır şəhərciyinin Saakaşvili tərəfdarlarından «təmizlənməsi»nə görə, cavab verməlidir.

«Çadır şəhərciyinin güc yolu ilə dağıdılması, islahatların iflası, «rüqzaqların satın alınması» işi üzrə korrupsiya sxemi, araşdırılmamış işlər, xarici ölkələrdə böyük miqdarda sərvət - Avakov bu cinayətlərə görə, cavabdehlik daşımalıdır» - deyə, partiya tələb edir.

Saakaşvili tərəfdarları həm də bəyan ediblər ki, davamlı olaraq, məmurların evləri qarşısında piket keçirəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol