Menu

İran İraqa 3 milyard dollar kredit verəcək - Ölkənin bərpası üçün...

12.03.2018, 00:24

iran«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran İraqda İŞİD terrorçu qruplaşması üzərində qələbədən sonra, bu ölkənin bərpası üçün 3 milyard dollarlıq kredit xətti açacaq. Bu barədə İranın vitse-prezidenti İshaq Cahangiri Bağdada 3 günlük səfəri zamanı bəyan edib.

«İran, ölkənin özəl sektoruna və özəl şirkətlərinə İraqın bərpası prosesində əhəmiyyətli rol oynamaq imkan yaratmaq məqsədilə bu ölkəyə 3 milyard dollarlıq kredit xətti təqdim etməyə hazırdır» - deyə, «Tasnim» agentliyi Cahangiridən sitat gətirir.

Cahangirinin sözlərinə görə, İran və İraq «iqtisadi və siyasi münasibətlərin inkişafına kökləniblər».

İranın vitse-prezidenti İran və İraqın dəmir yollarının birləşdiriməsinin vacibliyini də bəyan edib. Bu məqsədlə, əlavə 30 kilometrlik dəmir yolu xətti və körpü tikmək planlaşdırılır.

«Bunu həyata keçirməklə, İran Mərkəzi Asiyaya və Çinə giriş əldə edəcək, İran dəmir yolları isə Aralıq dənizinə qədər uzanıb gedəcək» - deyə, Cahangiri əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol