Menu

“Hərbi liseylərdəki şagirdlərin heç biri “2” almayıb - Məleykə Abbaszadə

11.07.2014, 14:40

Meleyke Abbaszade 160312“Hərbi liseylərin buraxılış imtahanları üzrə nəticələri yüksəkdir. Hərbi liseydə oxuyan bir nəfər də şagird buraxılış imtahanında “2” almayıb”. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TQDK sədrti Məleykə Abbaszadə deyib. O bildirib ki, şagirdlərin hərbi liseylərə qəbulu 8-9-cu siniflərdə aparılır.

“Ən yaxşı nəticə göstərən orta məktəbdə şagirdlərin hamısı qəbul olunmur. Müxtəlif sosial problemləri olan uşaqlar qəbul olunur. Amma onlar hərbi rejimdə yaşayırlar və onlar daha çox məşğul olurlar. Bizim qoyduğumuz tələblər normal tələblərdir, bunu əldə etmək heç də çətin deyil”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol