Menu

Təyyarə qəzasında ölənlərin sayı 50 nəfərə çatıb - FOTOLAR (Yenilənib)

12.03.2018, 15:42
Təyyarə qəzasında ölənlərin sayı 50 nəfərə çatıb - FOTOLAR (Yenilənib)

Nepalın paytaxtı Katmanduda hava limanı yaxınlığında baş verən təyyarə qəzası zamanı ölənləri sayı 50-yə nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” ordu Nepalda hərbi nümayəndəyə istinadən yazıb. Hadisə zamanı 20-yə yaxın şəxsin xilas edildiyi bildirilir.

***

Nepalda sərnişin təyyarəsi qəzaya düşüb. APA-nın yerli “Kathmandu Post” qəzetinə istinadən verdiyi xəbərə görə, Banqladeşin US-Bangla şirkətinə məxsus təyyarə Katmandu hava limanının yaxınlığında qəzaya uğrayıb.

S2-AGU nömrəli təyyarə eniş edərkən enmə zolağına deyil, yaxınlıqdakı futbol meydançasına düşüb.

Nəticədə təyyarə yanmağa başlayıb.

Təyyarədə 70-ə yaxın sərnişinin olduğu bildirilir.

Ölən və yaralananların olduğu ehtimal edilsə də, hələlik rəsmi məlumat açıqlanmayıb.

İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.

Hadisə yerində xilasedici qüvvələr işləyir.

[gallery size="full" ids="401807,401808,401809"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol