«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası (ÇXR) Rusiyada uran hasilatı üzrə nəhəng «Priarqun dağ-kimya istehsalat birliyinin» (PİDK İB) tabeliyindəki yeni strateji əhəmiyyətli 6 №-li uran mədəninin (Krasnokamensk) tikintisinin həmsərmayəçisi olacaq.
Sözügedən birlik «Rosatom» dövlət korporasiyası holdinqinə daxildir. Bu barədə saziş bazar ertəsi Moskvada imzalanıb.
Sənədi Rusiya uran holdinqinin baş direktoru Vladimir Verxovtsev və «Rusiya-Çin regional inkişaf-investisiya fondunun» direktorlar şurasının sədri Van Fen imzalayıb. Bununla da Çin ilk dəfə olaraq «Rosatom»un uran hasilatı layihələrinə giriş əldə edib.
Yeni uran mədəninin tikintisinə çərşənbə axşamı başlanacağı planlaşdırılıb. O, Rusiyann atom-sənaye sahəsinin uranla stabil təmin olunmasına imkan yaradacaq. Mədənin birinci növbəsinin (ilk olaraq 6-cı mədənin) istismara verilməsi 2023-cü ilə planlaşdırılıb. Layihənin ümumi məbləği 18,5 milyard rubl təşkil edir. Fond tərəfindən ilk tranş 2,5 milyard rubl təşkil edəcək.
Mədənin istismara yararlı ehtiyatı təxminən 40 min ton uran həcmində qiymətəndirilir.

Şərhlər