Menu

TRAMP TİLLERSONU İŞDƏN QOVDU - Dəyişiklik

13.03.2018, 20:07
TRAMP TİLLERSONU İŞDƏN QOVDU - Dəyişiklik

ABŞ dövlət katibi Reks Tillerson vəzifəsindən azad edilir.APA-nın xəbərinə görə, bu barədə prezident Donald Tramp öz “Twitter” səhifəsində yazıb.

Maykl-PompeoD. Tramp R. Tillersonu vəzifədən uzaqlaşdıracağını və yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonu təyin edəcəyini bildirib.

“Tillersonla İranın nüvə məsələsində anlaşa bilmirdik”. “Report” “Haberler”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu tutduğu vəzifədən azad etməsi ilə bağlı qərarını şərh edəkən deyib.

“İranın nüvə məsələsi ayrılmağımızın qırılma nöqtəsi oldu. Pompeo ilə fikrimiz eynidir. Uzun zamandır bu məsələni müzakirə edirdik”, - o vurğulayıb.

“Reuters” Ağ evə istinadən bildirib ki, Donald Tramp Şimali Koreya ilə danışıqlar başlayanadək yeni komanda formalaşdırmaq istəyir.Qeyd edək ki, Trampla Tillersonun Şimali Koreya və Qətərə münasibətdə də fikir ayırlıqlarının olduğu bildirilirdi.

“Exxon” şirkətinin keçmiş icraçı direktoru olan Reks Tillerson dövlət katibi vəzifəsində cəmi bir il işlədi və bu vəzifəyə təyin olunandan sonra çox keçmədən onunla Tramp arasında xarici siyasətin mühüm məsələləri üzrə tez-tez fikir ayrılıqları yarandığı barədə xəbərlər yayılırdı. Hətta bir dəfə Tillersonun Ağ evdəki müşavirədən sonra yüksək vəzifəli administrasiya üzvlərinin yanında Trampı söydüyü də məlum olmuşdu.

Şərhlər

Vüqar 2018-03-13 20:07:05

Orası amerika ezizlerim orda demakratya var burda tecüblü hecne yoxdur gedin öz günnüzü aglayın bir prezdentden yapşıb durubsuz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol