“Türkiyə terrorla və terrora dəstək verən ölkələrə qarşı təkbaşına mübarizə aparır. Sanki bir səlib yürüşü ilə üzləşib. İndi Türk Birliyi zamanıdır. Biz də bunun üçün bütün gücümüzlə çalışacağıq”. APA-nın xəbərinə görə, bu barədə Türk Dünyası Parlamentlər Birliyinin sədri Nail Çələbi mətbuat konfransında deyib.
TDPB sədri, türk dünyasının millət vəkilləri, iş adamları, QHT-lər və media nümayəndələrinin vasitəsilə Türk dünyasında birlik və bərabərliyi gücləndirməyə çağırıb: “Hədəfimiz türk dünyasını yaradan müstəqil türk dövlətlərinin parlamentləri və millət vəkilləri arasında əməkdaşlığı inkişaf etdirməkdir”.
Türkiyə ordusunun Afrindəki əməliyyatda haqlı olduğunu vurğulayan N.Çələbi ölkəsinin təklənilməyə çalışıldığını bildirib.
"Artıq Avropa Birliyinə bənzər Türk Birliyinin qurulması şərtdir. Türk Birliyi olsaydı Türkiyə bu qədər yalnız olmaz, söykənəcək bir dayağı olardı" - deyə TDPB sədri bildirib.
Türk dünyasının millət vəkillərinə çağırış edən N.Çələbi Türk Dünyası Parlamentlər Birliyində hər partiyadan nümayəndə olduğunu bildirib.


Şərhlər
Tarihi boyu alman ve fransizlar bir-birini qedarcasina oldurubler,amma indi birlik yaradiblar ve dunyada soz sahibidirler.Biz ise hem boyuk coqrafi erazimiz,hem eyni kokden gelen,eyni dilimiz,olan MILLET ne gozleyirik?Gozleyirik ki,caqqallar ve kabanlar bizi,idare etsin?TurkiyeninZeytun dali emeliyyatinda ordumuz ve Qazax,Ozbek, Qirqiz,Turkmen,Tatar,Basqurd MILLET orada istrak etmeyi vacib idi ve lazim idi.Ona gore TURK.BIR.DEVLET tecili qurulmalidir!Qarsida neinki Qarabaq,daha boyuk haqqimiz olaniALMALIYIQ!
Təəssüf ki, indiyə qədər türk dövlətlərinin siyasi addımları əksər hallarda reaktiv olub - bir çətinliklə üzləşəndən sonra fəaliyyətə keçiblər... Bu istiqamətdə tələsmək lazımdır!