Menu

Xarici İşlər Nazirliyinə əlavə səlahiyyət verildi

11.07.2014, 19:50
Xarici İşlər Nazirliyinə əlavə səlahiyyət verildi

Prezident İlham Əliyev Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Nizamnaməsində nəzərdə tutulan milli orqanın müəyyən edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın xəbərinə görə, Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının 1955-ci il iyulun 15-də qüvvəyə minmiş Nizamnaməsinin 7-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan milli orqan qismində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müəyyən edilib.

Xarici İşlər Nazirliyinə bu sərəncamın 1-ci bəndində göstərilən milli orqan barədə Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Baş katibinə müvafiq bildiriş göndərməsi tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol