Menu

BEYNƏLXALQ BANK RUSİYA və GÜRCÜSTAN BAZARNI TƏRK ETDİ - Səbəbi açıqlandı 

15.03.2018, 17:45
BEYNƏLXALQ BANK RUSİYA və GÜRCÜSTAN BAZARNI TƏRK ETDİ - Səbəbi açıqlandı 

Abbas İbrahimov: Bu qərar bankın özəlləşdirilməsinə hazırlıq planları ilə bağlıdır”

"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) bəzi törəmə qurumlarının bağlanması barədə qərarına aydınlıq gətirib. "Report" Banka istinadən xəbər verir ki, ləğvinə qərar verilən törəmə qurumlar “ABB-Moskva", "ABB-Gürcüstan" və “Biznes-Rabitə” MMC-dir.

ABB-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov bununla bağlı açıqlama verib: “Bankın Səhmdarlarının ötən gün keçirilmiş ümumi yığıncağında “Bank “MBA-Moskva”, “ABB-Gürcüstan” və “Biznes-Rabitə” şirkətinin fəaliyyətinin dayandırılması qərara alındı. Bu qərar, təbii ki, ətraflı təhlillərə əsaslanır. Adı çəkilən qurumların bankın gələcək fəaliyyəti üçün iqtisadi baxımdan səmərəliliyi nəzərə alındı və onların fəaliyyətinin dayandırılmasına qərar verildi. Belə bir qərar ABB-nin özəlləşdirilməsinə hazırlıq planları ilə də bağlıdır”.

Bu müəssisələri ləğvetmə prosedurları onların fəaliyyət göstərdiyi ölkələrin müvafiq qanunvericilik normaları çərçivəsində həyata keçiriləcək. Müştərilər qarşısındakı öhdəliklər yerinə yetiriləcək.

Bankın digər törəmə müəssisələri, o cümlədən “Azericard” MMC (prosessinq mərkəzi) və “Beynəlxalq Lizinq” QSC isə fəaliyyətini davam etdirməkdədir.

Qeyd edək ki, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının ABB-dəki payı dövlətə ötürülüb. Beləliklə, dövlətin Bankın nizamnamə kapitalındalı payı 96,5%-ə yüksəlib.

beynelxalqbank

Qeyd edək ki, dünən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin həm Müşahidə Şurasının sədri və tərkibi, həm də İdarə Heyətinin sədri dəyişdirilib. Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olunublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol