Böyük Britaniya, Fransa, Almaniya və ABŞ liderləri Rusiyaya qarşı birgə bəyanat yayıblar. APA-nın “İndependent”ə istinadən verdiyi xəbərə görə, bəyanatda Rusiya İngiltərənin Solsberi şəhərində yaşayan Sergey Skripal və qızı Yuliya Skripalın kimyəvi silahla zəhərlənməsində günahlandırılır.
Qeyd olunub ki, hadisə nəticəsində bir polis əməkdaşı da zəhərlənib.
“Bu, açıq şəkildə beynəlxalq hüququn və Kimyəvi Silahlar Konvensiyasının pozulmasıdır. Biz Rusiyanı Solsberi hadisəsi ilə bağlı bütün sualları cavablandırmağa çağırırıq”, - deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki S. Skripal və qızı Yuliya martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Britaniya baş naziri Tereza Mey martın 12-də Skripal və qızının SSRİ-də istehsal edilmiş “Noviçok” adlı kimyəvi silahla zəhərləndiklərini bildirib. O, hadisəyə görə məsuliyyəti Rusiyanın üzərinə qoyaraq bunu Böyük Britaniyaya qarşı akt kimi qiymətləndirib. Martın 14-də T. Mey Rusiyaya qarşı sanksiya xarakterli qərarları açıqlayıb. Bu qərarlara əsasən Rusiya ilə rəsmi səviyyədə təmaslar dayandırılır və bu ölkənin diplomat adı ilə Britaniyada fəaliyyət göstərən 23 kəşfiyyatçısı ölkədən çıxarılır. Rusiya da buna cavab olaraq britaniyalı diplomatları ölkədən çıxarmağa hazırlaşır.


Şərhlər
GED BİR DƏ ÇİM HAMADA-BEYNİNİ TƏMİZ YU VƏ UNUTMA Kİ, TÜRKİYƏ ...
Halva-Halva demekle,aqiz sirin olmaz!Gerek halvani,odda qizardasan..,
Temiz Azerbaycanlıya; sen heç darıxma rusiya 9 yere parçalanacaq,özün gözünle görmüş olacaqsan.Nece SSRİ ni dağıtdılar,elece de rusiyanı dağıdacaqlar.Allah Vefa Quluzadeye rehmet elesin,demişdi ki Krım Rusiyanın boğazında qalacaq.Eslinde bir behane verdi rusiya ABŞ ve avropa ölkelerine Krımı işğal etmekle.Bundan istifade edib Göyçeni,Zengezuru qaytarmağı teleb etmeliyik.Rus dillenende Krımı yadına salmaq lazımdı
Bu ölkə daxılacaq özüdə çox pis!Azərb.isə bu gün sabitlik R.Mehdiyev və R.Usubova görə var.XİN demək olar yoxdur çünki E.Məmmədyarovun 14-il Nazir oldugu dövrdə 1-mlrd manatdan çox pul ayrılıb,ancaq heçnə həll olunmayıb.Diplomatik məsələləridə ölkə başcısı həyata keçirir çünki XİN yoxdur.Allah Russiyada çalışan ogullarımıza can saglıgı versin.Onlar son 20-ilin post sovet ölkələrində aparılan anormal siyasətin qurbanıdırlar.Allah millətimizin köməyi olsun çünki yerdə olanların içində artıq situasiyanı müsbət
Russiya "Kursk" sualtı qayıgı batdıgı gün 12.08.2000-ci il dünyaya artıq uduzmuşdu!Bunu Russiyanın,eləcədə dünyanın savadlı alım və ekspertləri hələ 2000-ci ildə demişdilər.Artıq 18-il keçdi Russiya nə yeni aviadaşıyıcı nədəki həmin sualtı qayıgın gücündən zəif bir sualtı qayıq yarada bildi.O qədər zəif hərbi texnikalar yaradıbki bu 18-ildə heç ABŞ bunları araşdırmır.Dünya Şimalı Koreya və İranın hərbi texnikasından narahatdı.Azərbaycan üçün çox çətin bir zamanlar gəlir.Ölkəmizin zəhmətkeş insanları Russiya
tərəfə dəyişə biləcək qüvvə yoxdur.Bizimlə müttəfiq olan ölkələrin heç biri ABŞ qarşı çıxan deyil bir Türkiyədən başqa.Bütün dünya ABŞ çaldıgını oynayır və yaxın gələcəkdədə bu belə olacaq çünki Russiyanın başı son 18 ildə mafioz qurumların yaradılmasına yönəldiyi hal ABŞ 7-ədəd Aviadaşıyıcı yaradıb hələ başqa texnikaları demirəm.Millətimiz 1990-cı ilin Yanvar hadisələrindən bəlalar içindədir.Əhalinin zəhmətkeş təbəqəsi çox çətin dolanır.Putin artıq özüdə başa düşübki tupikdədir.Dünya ilə müharibə edənin...
bazarlarında zülümnən çörək pulu qazanıllar.Russiyanın çökməsi Azərb.üçün Qarabag probleminin həlli demək deyil.Çünki dövlətdə kifayət qədər russiyaya işləyən məmurlar varki hansılarına öz maddı maraqları hər şeydən üstündü!Russiyada ara qarışan kimi həmin insanlar post sovet ölkələri boyu nə desəniz edəcəklər yalnız ogurladıqları pulları qorumaq üçün.Əsl ajıotaj onda başlayacaq.Dünya liderləri:Napoleon,Hitler və başqaları məhz dünya ölkələrinin birləşdiyi halda uduzublar.Bu gün artıq Russiyaya qarşı bu var
Keçmiş xüsusi xidmət orqanlarında çalışanların rusiya tərəfindən öldürülməsi yalandır.Bu adamlar "vurulmuş kadrlar" kimi xarici ölkələrdə çalışan əsil rus casusları idilər.Sadəcə olaraq,xarici xidmət orqanları rusiyanın bu "bicliyini" aşkar etdiklərinə görə həmin adamları aradan götürmüşlər.Rusiya tərəf xarici ölkə rəsmilərinin bəyanatlarını səbrlə qarşılayır və susur..
Sonu görünmeyen mübarize.xırda dövletler deyil ki sesini çıxarmaya.