Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) dəyəri ötən ilin eyni dövrünə nisbətən 1,3% artaraq 11 541,5 mln. manat təşkil edib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
ÜDM istehsalının 48,3%-i sənayedə, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5%-i nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,2%-i tikintidə, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 15,9%-i digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,6%-ni təşkil edib.
2017-ci ilin ilk 2 ayı ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,3% artıb, neft sektorunda isə eyni səviyyədə qalıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 1 178,7 manata bərabər olub.


Şərhlər
Neyin hesabina,goresen...
Bəlkə bir az yavaşıyaq. Çox böyütməyün, yoxsa bu gedişlə ermənistan iqtisadiyyatını da qatacaqsınız özünüzünkinə.Bu isə yaxşı hal deylidir. Çünki onların xalaları bibiləri və başqa quhumları Bəküdə meşoklarnandır.