Menu

Azərbaycanda daha bir erməni əsgər öldürüldü

11.07.2014, 21:14
Azərbaycanda daha bir erməni əsgər öldürüldü

Movses Qasparyanın xidmət yoldaşları tərəfindən vurulduğu ehtimal edilir

Bu gün saat 15 radələrində Azərbaycanın Fizuli rayonu ərazisində Ermənistan ordusunun əsgəri, 1994-cü il təvəllüdlü Movses Norayroviç Qasparyan həlak olub.

ANS PRESS-in məlumatına görə, Ermənistan tərəfi onun döyüş tapşırığını yerinə yetirərkən aldığı güllə yarasından həlak olduğunu bildirir. Amma erməni əsgərin kim tərəfindən öldürülməsi bildirilmir. Bu barədə istintaq aparıldığı deyilir. Bu, Movses Norayroviç Qasparyanın xidmət yoldaşları tərəfindən vurulduğunu ehtimal etməyə imkan verir.

Ermənistan tərəfi həm də həlak olmuş əsgərin hansı rayondan orduya çağırıldığını bildirmir. Yəni bununla da Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini işğal etməsi faktını gizlətməyə çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol