Menu

«Noviçok» Britaniyaya necə gətirlib? - Əsas ehtimal açıqlanıb

16.03.2018, 11:44
«Noviçok» Britaniyaya necə gətirlib?  - Əsas ehtimal açıqlanıb

«AzPolittika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyi Mərkəzi Kəşfiyyat İdarəsinin (MN MKİ) keçmiş əməkdaşı Sergey Skripalın zəhərləndiyi «Noviçok» qazı Böyük Britaniyaya Skripalın qızının təyyarədəki «yük»ü ilə keçib.

Xəbəri bu gün «The Telegraph» agentliyi yayıb.

Britaniya xüsusi xidmətləri belə bir versiya üzərində işləyirlər ki, naməlum şəxslər Skripalın qızı Yuliyanın «yük» predmetlərindən birinə həmin zəhəri hopdurublar. Müstəntiqlər ehtimal edirlər ki, cinayətkarlar Mokvadan Britaniyaya uçuşundan əvvəl qadının Moskvadakı mənzilinə daxil olublar. Bu barədə agentliyə xüsusi xidmət orqanlarında çalışan yüksək çinli mənbələr xəbər veriblər.

Skripalın yaşadığı Uiltşir qraflığının polisi hesab edir ki, bu zəhərlə 130 nəfərdən artıq adam təmasda ola bilər. İndiki ana qədər 46 nəfərin zərər çəkdiyi məlumdur - onların hamısına tibbi yardım göstərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol