Menu

Rauf Mirqədirov istintaqa 7 saat ifadə verib

11.07.2014, 23:04
Rauf Mirqədirov istintaqa 7 saat ifadə verib

İyulun 11-də jurnalist Rauf Mirqədirov saat 11-dən 18-dək vəkillərinin iştirakı ilə istintaqa ətraflı ifadə verib. Vəkil Elmar Süleymanov musavat.com-a bildirib ki, R.Mirqədirov ona qarşı irəli sürülən ittihamları bütünlüklə rədd edib.

Vəkil istintaq sirrini təşkil etdiyinə görə R.Mirqədirovun ifadələrinin məzmununu açıqlaya bilməcəyəni bildirib.

“Ayna-Zerkalo” qəzetinin müxbiri Rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanıb. O təyyarə ilə Bakıya göndərilib və hava limanında həbs edilib. Müxbir Ermənistanın xeyrinə casusluqda günahlandırılaraq dövlətə xəyanət ittihamı ilə mühakimə olunur. Mirqədirov son illər ailəsi ilə birgə Ankarada yaşayırdı.

O həbs edildikdən sonra istintaqa ifadə verməkdən imtina edirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol