«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının (İİR) xarici işlər naziri Mühəmməd Cavad Zərif bəyan edib ki, Suriyanın terrorçulardan tamamilə təmizlənməsi istiqamətində Rusiya, Türkiyə və İran səyləri davam etdirməlidir.
«Suriyanın terrorçu qruplaşmalardan tam təmizlənməsi üçün birgə səyləri davam etdirmək lazımdır. Təhlükəsizlik zonalarının yaradılması Suriyada vətəndaş müharibəsinə son qoymaq üçün əhəmiyyətli addımdır» - deyə, Zərif Astanada nazirlər səviyyəsində keçirilən görüşün yekunları barədə danışarkən, jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ölkələr böhrandan çıxmaq üçün siyasi həll yolları arayırlar.
«Biz, işləyəcəyik və Suriyanın suverenliyinə hörmət edəcəyik. Liderlərin sammiti aprelin 4-də İstanbulda keçiriləcək. Ümid edirik ki, əməkdaşlıq istiqamətində gələcək addımlar müəyyən ediləcək» - Zərif əlavə edib.
Suriyada böhranın həlli üzrə Rusiya Türkiyə və İran xarici işlər nazirlərinin görüşü çümə günü Astanada (Qazaxıstan) keçirilir.

Şərhlər