PAŞAZADƏNİN ÇEXİYADAKI VİLLASININ YENİ GÖRÜNTÜLƏRİ YAYILDI – FOTOLAR + VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Çex Respublikasının müalicəvi suları ilə dünyada məşhur olan şəhəri- Karlovı Varı-dakı mənzil kompleksinin görüntüləri yayılıb. Almaniyada yaşayan blogger Tural Sadıqlı şeyxin Karlovı Varı-dakı mənzil kompleksini görüntüləməyi bacarıb.

AzEuroNews.com-un əldə etdiyi məlumatda isə, deyilir ki, şeyx tez-tez Karlovi Varı-ya baş çəkir. O, müalicə məqsədi ilə gəldiyi kurort şəhərdəki kompleksində özü üçün hazırlanmış 6 otaqdan ibarət lüks mənzildə qalır. Şeyxin bu şəhərdəki mülkü təkcə mənzil kompleksindən ibarət deyil. Belə ki, onun qardaşı Cavanşir Paşazadə ilə şərikli bir neçə oteli var. Mülkiyyət qeydiyyatı reyestrinə görə, Paşazadə qardaşları həmçinin Karlovı Varı-da yerləşən çex şirkəti Aynur KV-nin sahibidirlər.

Allahşükür Paşazadənin Çexiyadakı villası – FOTOLAR
Şeyxin Karlovı Varı-dakı mənzil kompleksi / Foto “Azad söz” səhifəsindəki videodan götürülüb
Paşazadələrin malik olduqları mənzil kompleksi  isə, Karlovı Varı-nın mərkəzinə baxan yüksəklikdə və regionda ən məşhur mehmanxana olan “Imperial Hotel”-in yaxınlığında yerləşir. 20-ci əsrin əvvəllərində tikilmiş bu oteldə knyaz Pavel, bəstəkar Richard Strauss, hind maharacaları və Hollivud ulduzları yaşayıblar.

Allahşükür Paşazadənin Çexiyadakı villası – FOTOLAR
Şeyxin Karlovı Varı-dakı mənzil kompleksi / Foto “Azad söz” səhifəsindəki videodan götürülüb
Nəzərinizə çatdıraq ki, Allahşükür Paşazadə 38 ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədrlik edir. 1949-cu il 26 avqust tarixində Lənkəran rayonunun Cil kəndində kəndli ailəsində doğulan şeyx orta məktəbi bitirdikdən sonra 1966-68-ci illərdə sovxozda fəhləlik edib. Yerli ağsaqqallardan gizli şəkildə dini biliklər öyrənən A. Paşazadə 1968-70-ci illərdə Buxarada “Mir-Ərəb” mədrəsəsində təhsil alıb. 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam Universitetinin ilahiyyat fakültəsinə daxil olub və 1975-ci ildə buranı müvəffəqiyyətlə bitirərək tam ali dini təhsilə yiyələnib.

1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində məsul katib, 1978-ci ildən “Təzəpir” məscidinin axundu, İdarənin sədr müavini vəzifələrində çalışıb. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və Şeyxülislam rütbəsi alıb. XII Şeyxülislamdır. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir.

AzPolitika.info qeyd edir ki,  Allahşükür Paşazadənin də müxtəlif biznes sahələri ilə əlaqələri haqda bu günə qədər xeyli məlumatlar yayılıb. Əsasən ölkəyə ixrac olunan tərəvəz məhsullarının Allahşükür Paşazadənin inhisarında olduğu bilinirdi. Allahşükür Paşazadə bir qayda olaraq belə məlumatlara münasibət bildirmir, bildirəndə isə ortaya sübut qoyulmasını istəyir. Onun bu sıradan olan açıqlamalarından birindən sitat: “Bəzən mənim adımı şüşə, armatur, alma, soğan və kartof biznesi ilə məşğul olan şəxs kimi hallandırırlar. Bunların heç biri həqiqətə uyğun deyil. Bir şey haqqında danışanda ortaya sübut qoymaq lazımdır”.

Eyni zamanda kurort cənnəti hesab olunan Karlovı Varıda da şeyximizin biznesi olduğu xəbəri yeni deyil. Bundan əvvəl sosial şəbəkələrdə Allahşükür Paşazadənin Çexiyada biznesinin olduğu haqda məlumatlar yayılıb. Həmin məlumatlardan birində fotolar, Çexiyanın müvafiq qurumlarının reyestr məlumatları təqdim olunub.

Sitat: “Marketa Şpişakova adlı bu çex qadın Şeyxülislam Allahşükür Paşazadənin şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Allahşükür Paşazadənin və Milli Məclisin deputatı Cavanşir Paşazadənin Çexiyada, Karlovı Varıda açdığı ”Aynur KV" şirkətinin ortağı olub. Qadının valideynləri də 3 şirkətə sahibdirlər.

“AYNUR KV” qrupu avtomobillərin lizingi və kirayəsi, daşınmaz əmlak alqı-satqısı ilə məşğuldur. MMC kimi Skroupova, 36001, Karlovy Vary ünvanında qeydiyyatdan keçib. Aylıq gəliri 1 milyon kron göstərilir (təxminən 100 min manat). İkinci şəkildəki isə Şeyxülislamın Karlovı Varıda həmin şirkətin adına aldığı villasıdır".

Rasim

AzPolitika.info





635x100

Şərhlər

temir 2018-03-16 21:49:18

AY TALANÇILAR BƏSDİRİN BİZ DƏ İNSANIQ BİZƏ DƏ MİNİMUM ÇÖRƏK PULU QAZANMAĞA İMKAN VERİN. ALLAH SİZİN BƏLANIZI VERSİN

Elnur 2018-03-16 21:49:18

Mollaya sual verirler; Ay molla emi namehreme baxmaq olar? Ya olmaz? Molla cavab verir.Svarkadan basqa her seye baxmaq olar.....

mulik 2018-03-16 21:49:18

zevqu pis deyil.......,

ISSIZ 2018-03-16 21:49:18

...INDI GEL YASA BU ELKEDE GERUM NECE YASAYIRSAN.

azərbaycanlı 2018-03-16 21:49:18

Ay millətim heç vaxt nəzir qutusuna pul salmayın o pullar hamısı bu Allahçükürün cibinə gedir.o qədər əısiz ayaqsız yetim yesir var ki,vein onlara.

İskəndər 2018-03-16 21:49:18

Bilmirsiz ki onun yediyi gündə bir XURMAdır?

Agstafa 2018-03-16 21:49:18

Deyesen elahezret şeyx .....Berekallh...

fıssssss 2018-03-16 21:49:18

Azpolitikaya: Siz ya ... qorxursunuz, ya da ki... allahşükürdən.

Roma 2018-03-16 21:49:18

Məncə Xalqın dini lideri nəfssiz gözü tox alicənab bir insan olmalıdır. Əgər bu yazılanların yarısı düzdürsə onda mən və məncə mənim kimilərin əksəriyyəti Şeyxə hörmətlə yanaşması mümkün olmyacaq və necə deyərlər O bir şəxsiyyət kimi gözdən düşəcək. Çox təəssüf...

Fərdi 2018-03-16 21:49:18

Kaş kefli İsgəndər sağ olaydı.

məmmədqulu 2018-03-16 21:49:18

Səlimə: Qardaşım bu işlər nəzir qutularından çıxanla başa gəlmir. Qafqaz Müsəlmanları İdarəsinə nöyüt 150 doları olanda büdcədən milyarlarla pullar ayrılırdı və "Bütün bəşəriyyətin Şeyxi, Zartı Müqəddəsləri" də o pulları təbii ki, tem üyütmürdü, bölüşürdü, qalanına da çexiyadakı madamı mondoloşka ilə işlər görürdü. P.S, Nəzir qutularından yığılanlar paketlər şəklində paylanır (nərdivanla=aşağıdan ta yuxarıya)

Emil 2018-03-16 21:49:18

Seyxin zövgü pis deyil)) Camahät näzir niyaz verende simiclik etmäyin! ....

NURəddin 2018-03-16 21:49:18

BU TƏKCƏ BİZİM YOX, BÜTÜN QAFQAZIN ŞEYXÜLİSLAMIDIR.İNANDIRIM SİZİ Kİ, ŞEYXÜLİSLAMLIQ TARİXİNDƏ HƏLƏ BELƏ BİR ANALOQSUZ MƏZHƏKƏ GÖRÜNMƏYİB. MƏN ÖZÜMÜZÜ YAXŞI TANIYIRAM. BİZ GİRƏN KOL DEYİL.DEYIRƏM BƏLKƏ QAFQAZIN ƏKƏ MÜSƏLMANLARINA_ ÇEÇEN-LƏZGİ, ÇERKEZ QARDAŞLARIMIZA XƏBƏR YOLLAYAQ YIĞIŞIB BUNUN İSTEFASINI İSTƏSİNLƏR.....

ayzek 2018-03-16 21:49:18

O qədər qəliz yazmısınız ki mən başa düşmədim: bu iki qardaş Marketa ilə şərikdir yoxsa Marketaya???

şamaxılı 2018-03-16 21:49:18

Bu adam 38 ildir Qafqazda fəaliyyət göstərirdi......Kişini çox da qınamayın küsüb qayıdar ey....Molla demişkən mən deyəni eliyin amma mən eliyəni eləmiyin....

zahid oruca 2018-03-16 21:49:18

zahid muellim siz bu seyxdenmi soz edirdiniz bu gun? bu seyxmi "nüfuzunu" işə salib Avropa azərbaycanlilarinin herakatini neytrallasdirmali idi? zahid muellim sene yagli bir 5. Avropadaki gencleri yap siralarina kecmis bilin)))) bu gunden uzr isteyib hamisi Avropadan imtina sdecekler

selim 2018-03-16 21:49:18

Ömrümdə nəzir qutularına 2 dəfə nəzir salmışam,sonra peşiman olmuşam.Bizim nəzirlərimiz kasıblara verilməsi əvəzinə Allahşükür özünə biznes yaradır.Nəzir qutularına pul salmayın,yaxşı olar ki, o pulları tanıdığınız kasiblara verəsiniz.

eldar 2018-03-16 21:49:18

MƏMURLAR ONSUZ DA ÖLKƏNİ TALAMAQDA DAVAM EDİRLƏR

Fəradi 2018-03-16 21:49:18

O məşhur tamaşada deyildiyi kimi - "Alə sübut istəyirdin, bu da sənə sübut". Normal dövlətdə haqqında bu tip informasiya gedən məmur ya istefa verməlidir ya da qəzeti məhkəməyə verməlidir. Bizdə isə belə şey baş vermir.

nergiz 2018-03-16 21:49:18

Berekallah sheyx! Ne qesheng zovqu var!

Fəradi-yə əlavə 2018-03-16 21:49:18

Dəyirman bildiyini edir,çax-çux heç başını da ağrıtmır.Bura Azərbaycandır.Vəzifəlilərə çap-ha çap,talama zamanıdır.Məmləkət talan edilib,edilir.Qanun işləməyən( bəziləri üçün ),haq-hesab çəkilməyən ölkədə belə olur.Millət necə tarac olur-olsun nə işim var, Düşmənlərə möhtac olur-olsun, nə işim var.Çox gözəl söyləmiş Ələkbər Sabir,necə də yaraşır zamana dair.

asim 2018-03-16 21:49:18

Ona görə belə danışır........

Son yazılar