Menu

Qəbələdə qoyun oğrusu saxlanılıb

16.03.2018, 20:38
Qəbələdə qoyun oğrusu saxlanılıb

Oğurluqda şübhəli bilinən Qəbələ rayonunun Qaradeyin kənd sakini Qəhrəman Əfəndiyev saxlanılıb.DİN-dən verilən məlumata görə, o, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Qəhrəman Əfəndiyev martın 6-na keçən gecə Şəfilli kəndindəki həyətlərin birindən 1 baş qoyun oğurlamaqda şübhəli bilinir.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mart ayı ərzində 4 həyətyanı sahədən 4 baş qoyun oğurlaması da müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol