Menu

Boris Conson Rusiya səfirinin əlini sıxmadı

17.03.2018, 01:26
Boris Conson Rusiya səfirinin əlini sıxmadı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Böyük Britaniyanın xarici işlər naziri Boris Conson bu yaxınlarda Londonda keçirdiyi görüş zamanı «Britaniya protokolu»na uyğun olaraq, Rusiyanın səfiri Aleksandr Yakovenkonun əlini sıxmayıb. Bu barədə danışan səfir nazirin bu davranışına əhəmiyyət verməyib və onunla ixtiyari görüşü sual vermək üçün bir fürsət kimi qəbul etdiyini bildirib.

Məlumdur ki, son günlər Rusiyanın keçmiş kəşfiyyatçı polkovniki, son illərdə Britaniya xüsusi xidmətlərinə işləyən Sergey Skripalın və qızı Yuliyanın Britaniyanın Solsberi şəhərində zəhərlənməsi fonunda, Rusiya-Britaniya münasibətləri kəskin şəkildə gərginləşib.

Britaniya tərəfi təsdiqləyir ki, Skripalların «Noviçok» qrupundan olan əsəb-iflic maddəsi ilə zəhərlənməsi Rusiya dövləti ilə əlaqəlidir. Bununla əlaqədar olaraq, Britaniyanın Baş naziri Tereza Mey Rusiyaya qarşı bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən, 23 rusiyalı diplomatın ölkədən çıxarıldığını və yüksək səviyyədə ikitərəfli təmasların dondurulduğunu elan edib. Rusiya isə Skripalların zəhərlənməsi məsələsi ilə əlaqəli olmadığını israr edir və çümə axşamı cavab tədbiri həyata keçirəcəyini (Britaniya diplomatlarını ölkədən çıxaracağını) bildirib.

«Britaniyanın müəyyən protokolu var - belə hallarda səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırırlar. Təbiidir ki, Conson bütün görkəmi ilə Rusiyanın siyasətinə qarşı qəzəbini nümayiş etdirdi. O, mənə xoş olmayan sözlər deməli idi və buna görə də səfir onun nəzərində əl sıxmağa layiq bilinmir» - deyə, Yakovenko rusiyalı jurnalistlərə bildirib.

«Biz, bütün bunları sakitcə qəbul edirik. Mənim üçün nazirlə söhbət etmək - hətta onun üçün belə xoş olmayan mövzuda belə - həmişə ona istədiyim sualı vermək üçün bir imkan olur» - deyə, səfir qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol