Beş yüz metrlik Bennu asteroiti saatda 101,288 kilometr sürətlə Yerə doğru hərəkət edir.
"Report" xəbər verir ki, bu barədə "Kratko-news.com" məlumat yayıb.
Məlumata görə, alimlər onun planetimiz üçün təhlükə törətdiyini bildirirlər. Mütəxəssislərin sözlərinə görə, asteroid 2035-ci ildə Yerlə toqquşacaq. NASA bunun qarşısını almaq üçün bir neçə variantı nəzərdən keçirir.
Məlumata görə, ABŞ "Çəkic" layihəsi ilə 8,8 tonluq "İmpaktor" təyyarəsini kosmosa qaldıracaq, yaxud nüvə silahından istifadə edəcək.
"Bir halda ki, asteroid kiçikdir və bizim kifayət qədər vaxtımız var, "İmpaktor"un köməyi ilə onun hərəkət istiqamətini dəyişdirə bilərik. Əgər bizə tələsmək lazım gəlsə, nüvə silahından istifadə edəcəyik", - deyə fizik Devid Dyurborn bildirib.
Onun sözlərinə görə, Bennu asteroidin hesablanmış trayektoriya istiqamətində hərəkətini dəyişdirəcəyinə təminat yoxdur.


Şərhlər
İndi də Elm-texnika adı ilə, sakit dolanan dünyaya hərbi-texniki təpgi gəlməyə çalışırlar? Astronomiya və mexanikanı, texniki və həyatı müşahidələri də sevirəm. Bu günə qədər YER KÜRƏsinə hər hansı asteoridin düşməsinin natural təsdiqi yoxdur! Saysız KOSMİK QURĞULARın hamısı isə mütləq, nə vaxtsa məsuliyyətsiz dünya aləminin başına düşəcək. Bu mənim postulatım deyil. İnsanın deyil, Kainatın "əbədi" reallığıdır.