Menu

Fəthullah Gülənin işçiləri məsciddən qovuldu

12.07.2014, 09:29
Fəthullah Gülənin işçiləri məsciddən qovuldu

Xəbəri proqramın aparıcısı da təsdiqləyib

“Hizmət” hərəkatının lideri Fəthullah Gülənə aid olduğu bilinən "Samanyolu TV" proqramına qarşı əngəl törədilib.

ANS PRESS-in məlumatına görə, ramazan ayı boyunca 15 gündür iftar və imsaq proqramlarını Üsküdar Səlimiyə məscidindən yayımlayan "Samanyolu" televiziyasının işçiləri məsciddən qovulublar. Çəkiliş yerinə gələn polis heyəti onlara məsciddən çıxmaları barədə xəbərdarlıq edib, daha sonra isə zorla məscidin həyətindən çıxarıblar.

Polislərin belə bir hərəkət etməsinə səbəb isə kanalın orada Vəqflər idarəsindən icazəsiz şəkildə çəkiliş həyata keçirməsi olub.

Qeyd edək ki, xəbəri proqramın aparıcısı Ahmet Bozkuş da "Twitter" hesabından təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol