Menu

ƏRDOĞAN ZƏFƏR XƏBƏRİNİ VERDİ: Afrin azad edildi - Fotolar + VİDEOLAR

18.03.2018, 17:40
ƏRDOĞAN ZƏFƏR XƏBƏRİNİ VERDİ: Afrin azad edildi - Fotolar + VİDEOLAR

Bu gün səhər Türkiyə Ordusunun özəl birlikləri və Azad Suriya Ordusu cənub-şərq istiqamətindən Afrinə mərkəzinə daxil olub. Türkiyə hərbi təyyarələri də əməliyyata dəstək verib.

"AzPolitika.info"  Türkiyə mətbuatına istinadən məlumat verir ki,  qısa müddətdə Türkiyə ordusu  Azad Suriya Ordusu ilə birgə Afrinin mərkəzində nəzarəti tam olaraq ələ keçirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, Afrin şəhər mərkəzi Türkiyə Silahlı Qüvvələrinin  dəstəklədiyi Azad Suriya Ordusu tərəfindən səhər saat təxminən 8:30 radələrində tam nəzarət altına alınıb:  "Hazırda Afrində Türkiyə bayrağı dalgalanır, Azad Suriya Ordusunun bayrağı dalgalanır. Afrin əməliyyatını ürəkdən dəstəkləyən millətimə şükranlarımı bildirirəm. Türkiyə bir kərə daha haqlının, məzlumun yanında olduğunu bütün dünyaya göstərdi".

Ərdoğan PPK terror təşkilatının Suriya qolu PYD/YPG terrorçularının şəhərdən qaçdıqlarını bildirib.

"AzPolitika.info" şəhərdən ilk görüntüləri təqdim edir:

Şərhlər

Selaheddin 2018-03-18 17:40:03

Şu kopan fırtına Türk ordusudur ya Rabbi!
Senin uğrunda ölen ordu budur ya Rabbi!
Ta ki yükselsin ezanlarla müeyyed namın!
Galip et, çünkü bu son ordusudur İslamın....

Elhamdulillah!

Hörmətli oxucular! 2018-03-18 17:40:03

Bismillahir-Rəhmanir-Rəhim.
Əziz oxucular! Bu xəbərin dünyada tayı-bərabəri yoxdur.Belə bir xəbərin bizim Qarabağdan gəlməsinin istəyirəm. Bununla Tükiyə "BURDA MƏNƏM, BAGDADDA KORXƏLİFƏ" deyənlərə sözünü dedi.Bir daha dünyaya dedi ki,onlar həmişə olduğu kimi HAQLININ, MƏZLUNLARIN yanında olduğunu bütün dünyaya göstərdi.

Fəradi 2018-03-18 17:40:03

"Zefer, zefer benimdir deye bilənindir" - Mustafa Kamal Paşa Atatürk. "Yol ver türkün Bayrağına". "Zəfər baramınız kutlu olsun" - əziz türk qardaşlarım. ALLAH-dan şəhidlərimizə rəhmət diləyirəm.

G.M 2018-03-18 17:40:03

Afrin azad olundu.T.Ərdoğanı və Türk dünyasını təbrik edirəm.Qəlbən şad olmayanlara lənətlər olsun..Lakin müharibə qurtarmadı,Yuvası dağılan quldurlar yerlərini dəyişdilər.Azad olunan ərazilərin gələcək taleyi,cavabdehlərin məhsuliyəti məlum deyil.ABŞ-ın məqsədi və hədəfi məlum deyil.Allah Türkiyəmizi Qorusun.

Feradi 2018-03-18 17:40:03

"Yol ver türkün bayrağına". "Zefer, zefer benimdir diyebilenindir" - Mustafa Kamal Paşa Atatürk. Zeferiniz mübarək əziz türk qardaşlarımız. ALLAH-dan şəhidlərimizə rəhmət diləyirəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol