Menu

26 yaşlı qız dəm qazından zəhərlənib

19.03.2018, 10:18
26 yaşlı qız dəm qazından zəhərlənib

Şamaxıda dəm qazından zəhərlənmə hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şəhriyar qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Könül Həkimi yaşadığı evin hamamında dəm qazından zəhərlənib. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol