Menu

Bakıda silahlı isnident - Ölən və yaralanan var

12.07.2014, 11:35
Bakıda silahlı isnident - Ölən və yaralanan var

İyulun 12-də Bakı şəhərinin Binəqədi rayonunda qətl hadisəsi törədilib.

Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində qəsəbə sakinləri 1981-ci il təvəllüdlü Fərid Həsənov boyun nahiyyəsindən (odlu silahla yetirilmiş xəsarətə xarakterik), qardaşı 1977-ci il təvəllüdlü Şəhriyar isə qarın nahiyyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. F.Həsənov aldığı xəsarətlər nəticədə, xəstəxanada ölüb.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayəti törədən qəsəbə sakini, 1978-ci il təvəllüdlü Samur Həsənov tutulub.

Araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol