Menu

İŞİD başçıları ABŞ helikopterləri ilə təxliyə olundu

19.03.2018, 23:11
İŞİD başçıları ABŞ helikopterləri ilə təxliyə olundu

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın helikopterləri Suriyanın şimal-şərqində yerləşən Hasəkə əyalətində İŞİD qruplaşmasının 4 başçısını təxliyə edib.Bu barədə “SANA” agentliyi məlumat yayıb.

Məlumata görə, bu gün səhər saatlarında Qamışlı yaşayış məntəqəsi yaxınlığında koalisiyaya aid üç helikopter yerə enib. Hərbçilər İŞİD başçılarının qərargahı sayılan binadan dörd nəfəri müşayiət edib.

İddiaya əsasən, iraq mənşəli yaraqlılar helikopterin göyərtəsinə qaldırılaraq naməlum istiqamətə aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol