Biləsuvarda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb. APA-nın cənub bürosunun məlumatına görə, iki minik maşınının toqquşması nəticəsində yaralanan şəxslərin vəziyyəti orta-ağır qiymətləndirilir.
Ölən şəxsin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə təhvil verilib.
Hələlik ölən və yaralanan şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər