“Abbas Abbasova verilmiş "İstiqlal" ordeni geri alınmalıdır”. AzPolitika.info-nun məlumatına görə, bunu Müsavat partiyası başqanının müşaviri Səxavət Əlisoy facebook səhifəsində yazıb. S.Əlisoy daha sonra yazır ki, baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun Rusiya Xalqları Assambleyasının toplantısındakı çıxışı olduqca təəsüf doğurur:
“Abbas Abbasov deyib ki, “Biz bir dəfə doğma ölkəmizi dağıtmışıq. Çox təəssüf ki, SSRİ adlı evimizi müxtəlif milli mənzillərə böldük”. Bunu sıradan bir azərbaycanlı desəydi, təəccüb doğurmazdı. Nə üçün bu ölkənin əhalisinin bəlkə də 50 faizindən çoxu, xüsusən də, “bakinetslər” SSRİ-nin həsrətini çəkməlidir? Abbas Abbasov isə sıradan birisi deyil. Uzun illər yüksək vəzifə daşıyıb və müstəqil Azərbaycan dövlətinin ən yüksək ordeni olan "İstiqlal" ordeninin kavaleridir.
Hesab edirəm ki, onun "İstiqlal" ordeni daşımağa əsla mənəvi haqqı yoxdur. Abbas Abbasov "Müstəmləkə", və yaxud "Kölə" ordenini daha çox haqq edir”.
Ülkər Musazadə


Şərhlər