Menu

İranda zəlzələ baş verib

21.03.2018, 21:47
İranda zəlzələ baş verib

İranın cənubunda 4,7 bal gücündə zəlzələ baş verib. APA-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 58 km şimal-şərqdə, ocağı isə 40 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol