Menu

«Akkord»un bütün avtomobillərinə həbs qoyuldu - Qərar

12.07.2014, 14:16
«Akkord»un bütün avtomobillərinə həbs qoyuldu - Qərar

Azinform.az-a bu günlərdə Azərbaycanın qüdrətli tikinti şirkətlərindən olan «Akkord»la bağlı maraqlı bir qərarın qəbul olunması haqda informasiya daxil olub. Dəqiqiliyinə zərrə qədər də şübhə olmayan bu informasiyada bildirilir ki, 2 saylı İnzibati-İqtisad Məhkəməsinin qərarı ilə Vergilər Nazirliyi «Akkord» şirkətinə məxsus bütün avtomobillərə həbs qoyub. Bu məhkəmə qərarının «Akkord Nəqliyyat MMC»-nin külli miqdarda vergidən yayınması ilə bağlı qəbul edildiyi bildirilir.

«Akkord» şirkəti ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Şirkətin də mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol