Menu

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

22.03.2018, 14:59
Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 82-110-cu kilometrlik hissəsində bu gün və sabah səhər saatlarından axşamadək yolun xətlənməsi işləri aparılacaq.

Bu barədə “Report”a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O deyib ki, sürücülər yolun həmin ərazisində diqqətli olmalı və müvəqqəti yol nişanlarına riayət etməlidirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol