Menu

"Məğlubiyyətdən kim razı qalar?" - Rövnəq Abdullayev

23.03.2018, 22:16

publika.az1425643590rovneq abdullayev2"Normal oyun oldu. Baş məşqçi Qurban Qurbanov komandanı sınaqdan çıxardı. Heyətdəkilərin bir çoxu yeni oyunçular idi".

Bunu "Report"a açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan və Belarus yığmaları arasındakı yoldaşlıq görüşünü dəyərləndirərkən deyib.

R.Abdullayev yığmanın 0:1 hesablı məğlubiyyətindən razı qalmadığını bildirib: "Düzdür, bu, rəsmi oyun deyildi. Amma uduzmaqdan kim razı qalar?"

AFFA prezidenti Millətlər Liqasının final mərhələsində Ermənistanla qarşılaşma ehtimallarına isə belə reaksiya verib:

"Bu barədə danışmaq hələ tezdir. Finala çıxaq, sonra danışarıq. Arxı keçməmiş hop deməzlər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol