Menu

Çin, ABŞ-ı bütün dünyaya ziyan vurmaqda günahlandırdı!

24.03.2018, 11:00
Çin, ABŞ-ı bütün dünyaya ziyan vurmaqda günahlandırdı!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası (ÇXR) Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Xua Çunin bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Çinin hüquqlarına toxunur və bütün dünyaya ziyan vurur.

Onun sözlərinə görə, Pekin öz hüquqlarını qorumağa hazırdır və beynəlxalq ticarət sahəsində Vaşinqtonun tətbiq etdiklərini sadəcə, seyr etmək fikrində deyil.

Çunin qeyd edib ki, ABŞ-ın hərəkətləri ondan xəbər verir ki, Vaşinqton Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını pozur və digər tərəflərin mövqeyinə etinasız yanaşır.

Bundan əvvəl Çin hakimiyyəti martın 22-də ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmış «Çinin iqtisadi təcavüzü ilə mübarizə haqqında» memoranduma «müvafiq cavab» verəcəyini vəd etmişdi.

Budur, ABŞ-dan idxal olunan və Pekin tərəfindən əlavə rüsuma məruz qoyula biləcək malların siyahısı artıq dərc olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol