Menu

Yeni prezident vəzifəsinin icrasına başlayıb

24.03.2018, 12:29
Yeni prezident vəzifəsinin icrasına başlayıb

Perunun yeni prezidenti vəzifəsinin icrasına başlayıb,

APA-nın xəbərinə görə, bu barədə hökumətin rəsmi “Twitter” səhifəsində məlumat yayılıb.

Keçmiş vitse-prezident Martin Viskarra inauqurasiya mərasimində xalqı ölkədə korrupsiyaya qarşı istənilən yolla mübarizə aparmağa çağırıb. O hökuməti yenidən yaratmağa və ölkənin iqtisadiyyatını dünya bazarında rəqabətə daha çox cəlb etməyə söz verib.

Xatırladaq ki, Perunun keçmiş prezidenti Pedro Pablo Kuçinski martın 21-də istefa ərizəsini parlamentə təqdim edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol