Menu

Luqanska böyük rus hücumu

12.07.2014, 21:48
Luqanska böyük rus hücumu

Yaraqlıların əks hücum planlaşdırdığı düşünülür

Çox sayda zirehli texnikaya malik silahlı dəstələr Ukrayna sərhədini keçərək Luqansk vilayətinə daxil olublar.

ANS PRESS-in məlumatına görə, bu barədə “Pravoye delo” ictimai təşkilatının sədri Dmitri Sneqirev bildirib.

“İndicə Velikiy Suxodol kəndi (Krasnodon rayonu - red.) ərazisindən ağır texnika dəstəsi keçdi. İrəlidə üzərində Rusiya bayrağı olan yeni modifikasiyalı Rusiya tankaları gedir. Üstü çadırlı yük maşınlarında canlı qüvvə getdiyi görünür. Yaraqlılar Sverdlovsk yoluna tərəf döndülər. Yəqin ki, İzvarinoya və Çervonopartizanska əks hücum planlaşdırırlar”, - deyə Sneqirev vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol