Menu

ABŞ-da yüz minlərlə insan etiraz aksiyası keçirir

24.03.2018, 23:15
ABŞ-da yüz minlərlə insan etiraz aksiyası keçirir

ABŞ-da yüz minlərlə insan ölkədə silah satışına nəzarətin gücləndirilməsinə etiraz əlaməti olaraq aksiya keçirir."Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat verib.

Məlumata görə, aksiyalar Nyu-Yorkda, Hyustonda, Parklenddə, Minneapolisdə və digər şəhərlərdə keçirilir.

Qeyd edilir ki, etirazçılar Amerikanın Florida ştatında faciə yaşamış məktəblilərin çağırışlarından sonra tədbirlərdə iştirak etməyə qərar veriblər.

Xatırladaq ki, fevralın 14-də ştatın Parklend şəhərindəki məktəblərdən birində atışma olub. Hadisə zamanı 17 nəfər həlak olub, habelə bir neçə nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol